Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bu gün Saatlı rayonunda seçiciləri ilə görüşüb.
Mia.az xəbər verir ki, görüşdə bir sıra məsələlər, xüsusilə də qarşıdan gələn referendumla bağlı fikir mübadiləsi aparılıb.
Millət vəkili "Feysbuk"dakı səhifəsində onu da qeyd edib ki, sentyabrın 26-da referenduma çıxarılacaq məsələlərə dair seçicilərinə ətraflı məlumat verib.
Əflatun Amaşov, eyni zamanda, seçicilərinin bir qrupunu da qəbul edərək, onların problemlərini dinləyib.




