Beynəlxalq Valyuta Fondunun (BVF) bu məlumatı ilə bizdə tanışıq. Bu hesabat BVF-nin iyun ayında Azərbaycana olan missiyası əsasında hazırlanıb.
Bu barədə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədrinin müşaviri Rüfət Abbasov bildirib.
R.Abbasov deyib ki, BVF-nin hesabatında qeyd edilən proseslər artıq başa çatıb:
"Bu missiyadan sonra iyul ayının sonunda biz 4 bankın lisenziyasını ləğv etdik və öncədən lisenziyası geri çağrılmış 2 bankın ləğvetməsinə başladıq. BVF-nin hesabatında qeyd olunan proses artıq başa çatıb, hazırda fəaliyyət göstərən bankların heç birinin lisnziyasını geri çağırmağı planlaşdırmırıq və mətbuatda bu mövzuda gedən spekulasiyalar əsassızdır”.