Asim Mollazadə Berlindəki beynəlxalq tədbirdə Azərbaycanı təmsil edəcək
Bu gün Berlində ?Cənubi Qafqazda yeni geosiyasət və iqtisadi əməkdaşlıq:Azərbaycandan baxış? mövzusunda müzakirələr keçiriləcək. Parlamentin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, müzakirələrdə Milli Məclisin deputatı Asim Mollazadə iştirak edəcək.
Müstəqil və qeyri-kommersiya qurumu olan Xarici əlaqələr üzrə Alman Şurasının (DGAP) təşkil etdiyi bu tədbirdə xarici siyasətin cari problemləri elmi nöqteyi-nəzərdən tədqiq olunacaq, ekspertlərin fikirləri dinləniləcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51