Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.
Mia.az həmin təbrik mətnini təqdim edir:
"Əziz, bacı və qardaşlarım, hörmətli həmvətənlər! Sizi müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti və işlərinizdə uğurlar arzulayıram. Azərbaycan xalqı həmişə milli-mənəvi dəyərlərə və ənənələrə sədaqət və qayğı ilə yanaşmış, dini mərasimləri, o cümlədən, Qurban bayramını böyük ruh yüksəkliyi ilə qeyd etmişdir. Bu günlər ölkəmizin hər yerində xalqımızın və dövlətimizin əmin-amanlığı və fıravanlığı üçün Allaha dualar səslənir. Arzum budur, bu müqəddəs bayram Sizə bol ruzi, firavan həyat gətirsin. Bütün xalqımıza əmin-amanlıq, dövlətimizə dayanıqlı gələcək arzulayıram. Bir daha hər birinizə cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram. Allah kəsilən qurbanları qəbul etsin.
Qurban bayramınız mübarək olsun!”.