Türkiyə ordusuna məxsus tank vurulub.
Bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat verib.
"Azad Suriya Ordusu ilə İŞİD terror qruplaşması arasında baş verən toqquşmalarda tankın vurulması nəticəsində 3 əsgər həlak olub, 1-i yaralanıb”, - məlumatda deyilir.
Qeyd edək ki, "Azad Suriya Ordusu” Türkiyə Silahlı Qüvvələrinin köməyi ilə avqustun 24-dən Suriyanın şimalında İŞİD silahlılarına qarşı əməliyyata başlayıb.
APA.az