Londonda BMT-nin sülhməramlı əməliyyatları mövzusunda müdafiə nazirlərinin görüşü keçirilir.

Mia.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, görüşdə müdafiə naziri general-polkovnik Zakir Həsənov iştirak edir.

Tədbir Böyük Britaniyanın müdafiə naziri Maykl Fallon təşəbbüsü ilə təşkil olunub. Bu görüş ötən ilin sentyabrında BMT-nin baş katibi Pan Gi Mun və ABŞ prezidenti Barak Obama tərəfindən 50-ə yaxın ölkə başçısı ilə dünyada sülhməramlılığın qorunmasına dair keçirilən görüşün davamı və bu sahədə görülən qlobal işlərin daha da sürətləndirilməsi xarakteri daşıyır.

Görüşdə 80-ə yaxın ölkənin müdafiə naziri iştirak edir.