Bu il pensiyalar artırıla bilər
Bu il pensiyaların həcmi artırıla bilər. Aparılan araşdırmalar, ilkin proqnozlar bu artımı reallaşdırmaq üçün maliyyə imkanlarının yarandığını söyləməyə əsas verir.
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov jurnalistlərə açıqlamasında bu fikirləri səsləndirib. Fond sərdi deyib ki, artıq Dövlət Sosial Müdafiə Fondu bu ilin birinci rübünün hesabatlarını yekunlaşdırıb və nəticələrə əsasən demək olar ki, artım mümkündür: ?Daxil olan vəsaitlər və işçilərin sayında müəyyən artımlar müşahidə olunur. Bütün bunlar bizə əlavə maliyyə resurslarının formalaşdırılması istiqamətində ilkin proqnozlar verməyə imkan yaradır. Yəqin ki, bunun əsasında biz pensiyaların artırılması üçün hökumətə təkliflərimizi verəcəyik?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19