Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Bakıya oktyabrın əvvəlində gələcək.

Bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib.

Səfirin sözlərinə görə, Azərbaycan-Türkiyə əlaqələri həmişə olduğu kimi bundan sonra da bütün istiqamətlərdə inkişaf edəcək.

Diplomat vurğulayıb ki, Azərbaycana qarşı yönəlmiş istənilən təhlükə eyni zamanda Türkiyəyə yönəlib.

Trend