"FETÖ əməliyyatında at izi it izinə qarışıb. "Ortaya bir şey atım, tutarsa, tutar" deyənlər var". Bəziləri məhz belə edir".

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çində keçirilən G-20 sammitindən qayıdarkən jurnalistlərin suallarını cavablandıranda deyib.

Ərdoğan açıqlaması ilə FETÖ əməliyyatı çərçivəsində günahsız şəxslərin də qurban getdiyi barədə iddialara aydınlıq gətirib: "Bəzən imkan olanda telekanalları izləyirəm. Elə şərhlər verilir ki, günahlandırdıqları o insanın bu işlə heç bir əlaqəsi yoxdur. Amma o insana ittihamı yapışdırırlar. Bunlar doğru şeylər deyil. Bu cür yanlışlıqlardan uzaq durmaq lazımdır".

Azadlıq.info