Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları daha 6 ay uzadıb.
Bu barədə qərar bu gün qurumun Brüsseldə keçirilən iclasında qəbul olunub.
Qərara əsasən, 37 hüquqi, 146 fiziki şəxsin aktivləri 2017-ci ilin martın 15-dək dondurulmuş qalacaq. Eyni zamanda bu şəxslər həmin müddətə qədər Avropa Birliyi ölkələrinə səfər edə bilməyəcəklər.
Sanksiyaların uzadılması barədə qərar Avropa Birliyinin rəsmi nəşrində dərc olunan kimi qüvvəyə minəcək(Strateq.az).