Sahibkarlığa Komək Milli Fondunun dəstəyi ilə həyata keçirilən təxminən 300 layihənin monitorinqi aparılıb. Bu barədə fonddan məlumat verilib. Məlumatda bildirilir ki, monitorinqlərin icrası nəticəsində sahibkarlar tərəfindən ciddi nöqsanlara yol verilməsi aşkarlanmayıb. Onlara verilən kreditlər təyinatı üzrə istifadə olunub. Sahibkarlığa Komək Milli Fondu bildirir ki, sahibkarlara bundan sonra da kreditlər veriləcək. Sadəcə, onlar təqdim etdikləri layihələri əsaslandırmalıdırlar.