Suriyada İŞİD-ə qarşı Azad Suriya Ordusu ilə birgə əməliyyat aparan Türkiyə ordusu bu gün iki şəhid verib.

Mia.az xəbər verir ki, İŞİD terroristləri bu gün Türkiyə ordusuna məxsus olan iki tankı raketlə vurub: "Nəticədə iki əsgər şəhid olub, 5 nəfər yaralanıb".