Birinci divizionda iştirak edəcək "Səbail” klubunun iclası keçirilib. 

Toplantıda klubun rəhbəri müəyyənləşib. 

Keçirilən seçkilərdə Rəşad Abdullayev yekdilliklə klubun Müşahidə Şurasının (MŞ) sədri seçilib. MŞ-nın əvvəlki rəhbəri Yusif Həsənov isə icraçı direktor vəzifəsinə təyin edilib. 

Qeyd edək ki, Rəşad Abdullayev AFFA-nın prezidenti Rövnəq Abdullayevin oğludur. 

Apasport.az