Dünən keçirilən Xorvatiya - Türkiyə oyunu zamanı qonaqların futbolçusu Əmrə Morla baş məşqçi Fatih Terim arasında gərginlik yaşanıb.
Belə ki, 84-cü dəqiqədə əvəzlənməsinə 19 yaşlı futbolçu sərt reaksiya göstərib.
Fatih Terim onun su şüşəsini vurduğunu görsə də, ona heç nə deməyib. Əmrə isə ehtiyat oyunçular skamyasında yox, yerdə oturub. Texniki zonadan ona skamyada oturmaq deyilincə, Əmrə bu dəfə də Terimin yerində oturub. Futbolçuların "ora hocanın yeridir" deyincə, Əmrə yenidən yerdə əyləşib.

Terim bu dəfə əsəblərini saxlaya bilməyib gənc futbolçuya "Nə etmək istəyirsən. Etdiklərini görmədim deyə düşünmə" deyib. Əmrə əl-qol hərəkətləri edincə, Terim bu dəfə "Üstünü geyin, soyunma otağına get" deyərək onu ordan qovub. Futbolçu ağlamsınaraq texniki zonanı tərk edib.

Soyunma otağında Fatih Terim onu anladığını, ancaq komanda yoldaşlarına hörmətsizlik etməməli olduğunu bildirib. Əmrə Mor komanda avtobusuna gedərkən oyundan sonra jurnalistlərin suallarını cavablandırmayıb. Terim isə bu barədə suala belə cavab verib: "Məndən top alıb-almaması ilə bağlı soruşdu. Mən də "bunu soyunma otağında danışarıq" deyib onu içəri göndərdim. Əmrə ilə bir problem olmaz. O bizim yaramaz uşağımızdır".
Qeyd edək ki, Türkiyə boş tribunalar önündə keçirilən matçda sərfəli heç-heçə edib - 1:1.
Qaynarinfo.Az