Mərkəzi Bankın növbəti hərracı keçirilib.
Mia.az xəbər verir ki, hərracda Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb. Hərracda vəsaitin hamısı 30 banka satılıb: "Hərracda iştirak edən 30 bank tərəfindən məcmu tələb 588 milyon dollar təşkil edib”.