Özbəkistanda mərhum prezident İslam Kərimovla vidalaşmaq üçün minlərlə sakin Səmərqəndə toplaşıb.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Daşkənddən gətirilən prezident cənazəsi kortejini qarşılamaq üçün hava limanından Səmərqəndə kimi insanlar sıra ilə düzülüb. Göz yaşlarıyla müşayiət olunan kortej Səmərqəndin mərkəzinə - qədim minarələrin olduğu Registan meydanına doğru hərəkət edib. Burada vida mərasimi üçün tabut quraşdırılıb.

Matəm karvanı buradan Şahi-Zinda tarixi qəbiristanlığına yola düşəcək. Burada orta əsr xadimləri, həmçinin İslam Kərimovun valideynləri dəfn olunub. Prezident özü də valideynlərinin yanında dəfn olunacaq.

Məlumat üçün bildirək ki, son 20 ildə Şahi-Zindada heç kim dəfn olunmur.