Meriya Müsavat Gənclər Təzkilatının mitinq müraciətinə mənfi cavab verdi
Bakı şəhər İcra Hakimiyyəti Müsavat Gənclər Təşkilatının 30 aprel keçirmək istədiyi mitinqlə bağlı müraciətinə cavab verib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, BŞİH İctimai Təşkilatlar və Siyasi Partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanovun imzası ilə göndərilən məktubda Müsavat Gənclər Təşkilatının müraciətinə baxıldığı qeyd olunub.
?Nəzərinizə çatdırırıq ki, Bakı şəhərində kütləvi aksiyaların keçirilməsi ?Sərbəst toplaşmaq azadlığl haqqında ? Azərbayca Respublikasının Qanunu ilə tənzimlənir.
Sizin 19.04.2010 tarixli müraciətinizdə toplantının forması ?mitinq? dördüncü abzasında isə piket qeyd olunmuşdur. Aksiya təşkilatçıları tərəfindən toplantının hansı formada keçirəcəyi məlum deyildir.
Azərbaycan Dəmir Yolu Vağzalının qarşısında yerləşən Cəfər Cabbarlı meydanı nəqliyyatın intensiv hərəkət etdiyi ərazi olduğundan və ?Sərbəst toplaşmaq azadlığı haqqında ? Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinin 1 və 4-ci hissələrinin və 9-cu maddəsinin 3-cü hissəsinin 2-ci bəndinin müddəalarını rəhbər tutaraq müraciətimizdə göstərilən yerdə toplantının keçirilməsi məqsədə uyğun deyil.
Qeyd olunanlarla bağlı Bakı Şəhər İcra Hakimiyyəti ?Sərbəst toplaşmaq azadlığı haqqında? Azərbaycan Respublikası Qanunun müddəalarına riayət olunmaqla 30 aprel 2010-cu il tarixdə saat 13:00- dan 15:00-dək planlaşdırdığınız mitinqin aşağıda göstərilən yerlərdən birində keçirilməsini təklif edir:
1.Binəqədi rayonu, Binəqədi qəsəbəsinin İdman-Sağlamlıq Kompleksinin stadionu.
2.Səbail rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsi , sürücülük məktəbinin həyətindəki meydança
3.Xətai rayonu, Zığ yolu küçəsi 29.22 məhəllə ilə üzbəüzdəki meydança.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51