Türkiyənin Hakkari vilayətinin Çukurca rayonunda bu gün səhər PKK terrrorçuları ilə şiddətli döyüşlər olub.

Mia.az Türkiyənin "Haberturk" portalına istinadən xəbər verir ki, döyüş nəticəsində 3 əsgər şəhdi olub, 3-ü ağır olmaqla, 20 əsgər isə yaralanıb.

PKK-çıların Hakkiridəki itkisi haqda isə məlumat verilməyib. Bildirilib ki, bu, dəqiqləşdirilir:"Hazırda bölgədə geniş çaplı əməliyyat həyata keçirilir".

Məlumatda o da bildirilir ki, PKK terrorçuları ilə iki gündür Vanda döyüşlər gedir. Türk əsgələri bu döyüşlərdə 8 şəhid verib, 8-i isə yaralanıb. Türk qırıcıları PKK hədəflərini vuraraq, dünən və bu gün 24 terroristi məhv edib.

Mia.az