Milli Məclis (MM) sədri Oqtay Əsədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Özbəkistanın mərhum Prezidenti İslam Kərimovun dəfn mərasimində iştirak etmək üçün bu ölkəyə yola düşüb.

Bu barədə "Report”a MM-in mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.

O bildirib ki, nümayəndə heyətinə O.Əsədovla yanaşı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allühşükür Paşazadə, xarici işlər nazirinin müavini Xələf Xələfov və başqa rəsmilər daxildir.