Əbülfəs Qarayev Misirin MDB ölkələri ilə Texniki Əməkdazlıq Fondunun sədri qəbul edib
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan Misir Ərəb Respublikasının MDB ölkələri ilə Texniki Əməkdaşlıq Fondunun sədri Samah Setohini qəbul edib. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Nazir Əbülfəs Qarayev Azərbaycan kitabxana, muzey, eləcə də digər sahələrdə çalışanların Misirdə lazımi hazırlıq keçməsi istiqamətində əməkdaşlıq etmək istəyini dilə gətirib. Qonaq Samah Setohi də öz növbəsində Azərbaycanla əməkdaşlığın daha yüksək səviyyədə həyata keçməsinin arzusunda olduğunu deyib. Hər iki ölkə təmsilçisi bu münasibətlərin daha da gücləndirilməsi istiqamətində lazımi tədbirlərin həyata keçiriləcəyini vurğulayıblar.
Qeyd edək ki, Misir Ərəb Respublikasının MDB ölkələri ilə Texniki Əməkdaşlıq Fondunun sədri Samah Setohinin ölkəmizə səfəri aprelin 28-də başa çatacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47