Türkiyə baş naziri Binəli Yıldırım hökumətin canlı yayımlanan toplantısında İslam Kərimovun öldüyünü təsdiqləyib.
Yıldırım dövlət başçısının ölümü ilə bağlı başsağlığı verib: "Özbəkistan prezidenti İslam Kərimov ölüb. Türkiyə respublikası adından Özbəkistan xalqına dərin başsağlığı veririk”.
Lakin baş nazir bu informasiyanı necə əldə etdiyini açıqlamayıb.