Xarici işlər naziri Elmar Məmmədyarov aprelin 28-29-da İtaliya Respublikası və Vatikanda rəsmi səfərdə olacaq. XİN-in mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, nazir italiyalı həmkarı Franko Frattini, iqtisadi inkişaf naziri Klaudio Skayolla, Vatikanın dövlətlərlə əlaqələr üzrə katibi, xarici işlər naziri monsenyor Dominik Momberti ilə görüşəcək.