ATƏT-in Minsk qrupu həmsədrləri Moskvada Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasını müzakirə edəcəklər.

Bu barədə Rusiya XİN-in təmsilçisi Mariya Zaxarova məlumat verib. Onun sözlərinə görə, görüş sentyabrın 8-də baş tutacaq: "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aktual məsələlər müzakirə ediləcək. Əsas diqqət Vyana və Sank-Peterburq sammitlərində əldə edilən razılaşmaların reallaşdırılmasına yönəldiləcək”.