Bu gün Milli Məclisdə Zakir Qaralovun növbəti dəfə baz prokuror təyinatına baxılacaq
Bu gün Milli Məclisin növbəti iclası keçiriləcək. İclasda ?Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında? məsələyə baxılacaq.
Bundan başqa, iclasda ?Xəzər dənizinin Azərbaycan sektorunda ?Bahar? yatağının və ?Qum-Dəniz? yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Dövlət Neft Şirkəti, ?Bahar Enerci Limited? və Dövlət Neft Şirkətinin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə? sənəd təsdiqlənəcək və ?Normativ hüquqi aktlar haqqında? Konstitusiya qanun layihələri də müzakirə olunacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51