Türkiyə və Rusiyanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Sergey Lavrov arasında telefon söhbəti olub. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytının yaydığı məlumata görə, söhbət zamanı bir sıra aktual beynəlxalq və regional problemlər ətrafında fikir mübadiləsi aparılıb. Rusiyanın xarici siyasət idarəsinin məlumatına görə, iki nazir arasında həmçinin İranın nüvə proqramı, Bosniya və Hersoqovinada vəziyyət və Rusiya-Türkiyə münasibətlərinin əsas məsələləri müzakirə olunub.