Türkiyə ordusunun YPG terror təşkilatının nəzarətində olan Cərablusun Tilemarne kəndini toplarla və hərbi təyyarələrlə bombaladığı məlumatı yayılıb.

Mia.az xəbər verir ki, "Sputnik Türkiyə"yə açıqlama verən Demokratik Suriya Qüvvələri təşkilatının xarici əlaqələr üzrə rəsmisi Əbdüləziz Yunus deyir ki, Türkiyə kəndi vurmağa başlayıb. YPG mövqelərinə zərbələr ÖAQ-lar və təyyarələr vasitəsilə endirilib. Bombardmanın səsi Karkamış qəsəbəsində belə eşidilib. 

Əbdülziz kənddə sadəcə YPG qüvvələrinin deyil, Mənbic Hərbi Məclisi döyüşçülərinin də olduğunu bildirib. 

Qeyd edək ki, Türkiyə daha əvvəl Afrin, Kobani, Dərik rayonun qərarlaşan YPG mövqelərini vurmuşdu.