Bu gün Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Putin telefonda danışıblar.

Türkiyə KİV-ləri xəbər verir ki, iki lider türk-rus əlaqələrinin normallaşması istiqamətində aldıqları qərarlarındakı qərarlılıqlarını vurğulayıblar, həmçinin Hələbə humanitar yardım çatdırılması ilə bağlı işlərin sürətləndirilməsini müzakirə ediblər.

Ərdoğan Putinə "Fırat qalxanı” hərəkatı ilə bağlı məlumat verib. Liderlər, həmçinin Çindəki G-20 zirvəsi çərçivəsində təkbətək görüş keçirilməsini müzakirə ediblər.

Qafqazinfo