Parlamentin komissiyası Əzizbəyov rayonunun Xəzər rayonu adlandırılmasını məsləhət bilir
Aprelin 26-da Milli Məclisin toponimiya komissiyasının iclası keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, iclasda ?Bakı şəhərinin Əzizbəyov rayonunun Xəzər rayonu adlandırılması haqqında? və ?Salyan rayonunun Yenikənd kəndinin Aşağı Xələc kəndi adlandırılması haqqında? qanun layihələrinə baxılıb.
Müzakirələr zamanı Əzizbəyov rayonunun Xəzər rayonu, Yenikənd kəndinin isə Aşağı Xələc kəndi adlandırılması məqsədəuyğun hesab edilib və hər iki qanun layihəsi təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə tövsiyə olunub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19