Sumqayıtda Vaqif Mustafazadənin xatirə gecəsi keçirilib
Sumqayıtda Bülbül adına Uşaq İncəsənət Məktəbində bəstəkar, pianoçu, caz-muğamın yaradıcısı, Azərbaycanın əməkdar artisti Vaqif Mustafazadənin xatirə gecəsi keçirilib. Konsert V.Mustafazadənin 70 illik yubileyinə həsr olunmuş tədbirlər silsiləsi çərçivəsində təşkil edilib.
Konsertdən əvvəl qonaqlar məktəbin foyesində bəstəkarın həyat və yaradıcılığı haqqında fotomateriallardan ibarət sərgi ilə tanış olublar. Konsertdə respublikanın əməkdar artisti Həsənağa Abbasquliyevin rəhbərliyi ilə "Arena" caz orkestrinin ifasında V.Mustafazadənin "Mart" kompozisiyası, gənc pianoçu İ.Sarabskinin ifasında "Düşüncələr", həmçinin, xalq artisti Elxan Əhədzadənin ifasında mahnılar səslənib. Konsertdə orkestr dünya caz bəstəkarlarının məşhur kompozisiyalarını da ifa edib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47