AXCP sədri Əli Kərimlinin köməkçisi, "Azadlıq” qəzetinin yayım işləri üzrə direktoru Faiq Əmirliyə qarşı yeni ittiham irəli sürülüb.
Onun barəsində şübhəli şəxs qismində saxlanma ittihamı təqsirləndirilən şəxsə dəyişdirilib.
Mia.az Lent.az-a istinadən xəbər verir ki, F.Əmirli dini ayinlərin icrası zamanı vətəndaşları iğtişaşa sövq etmə və ya onların hüquqlarına qəsd etmədə təqsirli bilinir.
O da bildirilir ki, ittiham aktında F.Əmirli Fətullah Gülən Hərəkatının Azərbaycandakı imamı kimi təqdim olunur.
Xatırladaq ki, F.Əmirli maşınından Gülenə aid kitab və CD-lər çıxarıldığı üçün şübhəli şəxs qismində saxlanılıb.