Türkiyənin Qaziantep şəhərində toy şənliyi zamanı törədilən terror nəticəsində ölənlərin sayı 50-yə çatıb, xeyli ağır və yüngül yaralılar var.

Mia.az xəbər verir ki, bu barədə məlumatı Qaziantep valiliyi açıqlayıb.

Məlumatda o da bildirilir ki, ölənlərin arasında xeyli uşaq da var. 

Hadisə yerinə AKP millət vəkilləri ilə yanaşı, baş nazirin müavinləri də gediblər.

İlkin ehtimala görə, hadisəni İŞİD terror təşkilatı törədib.