Türkiyənin Təkirdağ vilayətinin Çorlu Hava limanından qalxan təlim təyyarəsi Ahiməhmət kəndi yaxınlığında qəzaya uğrayıb.
Hadisə nəticəsində iki pilot həlak olub. Qəza baş verən əraziyə xilasetmə briqadası, təcili yardım maşınları cəlb olunub.
Hadisənin baş vermə səbəbi araşdırılır.

