Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətləri artırılıb.

Qanunvericiliyə edilən dəyişikliyə görə, Silahlı Qüvvələrin Baş Qərargahına rəis təyin etmək səlahiyyəti ölkə prezidentinə verilib. Belə ki, Baş qərargah rəisi Nazirlər Kabinetinin təklifi ilə prezident tərəfindən təyin ediləcək. Bu vaxta qədər isə qanuna görə Baş Qərargah rəisi Ali Hərbi Şurada səsvermə yolu ilə seçilirdi.