Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev IV Ümumdünya Vətənpərvərlər Partiyalarının Konqresində iştirak üçün dəvət alıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbir may ayının 19-dan 22-ə qədər Moskva şəhərində keçiriləcək. Toplantıda 30 ölkədən nümayəndələr, Rusiya Preziden Administrasiyası və Xarici İşlər Nazirliyinin əməkdaşları, ekspertlər, KİV, radio və televiziya nümayəndələri iştirak edəcəklər. Konqresində işində ?Siyasi partiyaların qloballaşma və dünya maliyyə böhranı şəraitində rolu və əhəmiyyəti? mövzusunda müzakirələr keçiriləcək.