ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycanın işğal olunmuş ərazilərində səfərdədir.
APA-nın "news.am”a istinadən verdiyi məlumata görə, o, özünü qondarma "Dağlıq Qarabağ Respublikası”nın xarici işlər naziri Karen Mirzoyanla görüşüb. Görüşdə təmas xəttində vəziyyət müzakirə olunub.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.