Gənc fəal Bəxtiyar Hacıyev saxlanılıb.

O, bu barədə sosial şəbəkədə məlumat yayıb. B.Hacıyev bildirib ki, hazırda Yasamal rayonu 27-ci polis bölməsindədir: "Dünən söyüş söyən yol polisi ilə mübahisə yarandı, yol polisi fiziki güc tətbiq etdi, indi 27-ci polis bölməsinə gedirik. Ya bunlar cəzalanmalıdır, ya da ölkədən getməliyəm. Başqa cür alınmır".