Bu gün Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev ABŞ-ın Azərbaycandakı Səfirliyinin siyasi məsələlər üzrə məruzəçisi Coanna Qansonla görüşüb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, görüşdə VİP-in seçki ilindəki planları ətrafında fikir mübadiləsi aparılıb. Öz növbəsində Xanım Coanna ABŞ-ın və Beynəlxalq Təşkilatların 2010-cu il Parlament Seçkiləri ilə bağlı planlarını VİP Sədrinin nəzərinə çatdırıb. Daha sonra ABŞ - Azərbaycan münasibətlərindəki son durum müzakirə olunub. Görüşdə eyni zamanda VİP Sədrinin İctimaiyyətlə Əlaqələr üzrə müavini Nurəddin Babayev iştirak edib.