Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Öncə MSK-nın 15 mart 2010-cu il tarixli iclas protokolu təsdiqlənib. Daha sonra bu il keçiriləcək parlament seçkilərilə bağlı normativ xarakterli bəzi aktlara dəyişikliklər edilib. Bunlar parlament üzvlüyünə namizədləri təmsil edən şəxslərə imza vərəqələrinin verilməsi, imzaların toplanması və onların dairə seçki komissiyalarına (DSK) verilməsi və s.-lə bağlı olub. Sonda isə 4 saylı Naxçıvan şəhər, 122 saylı Xankəndi, 8 saylı Binəqədi birinci və digər DSK-ların tərkibində dəyişiklik edilib.