Erməni katalikosu aprelin 26-da Azərbaycana gələcək
Bütün ermənilərin katalikosu II Qaregin dünyanın dini liderlərinin ikinci sammitində iştirak etmək üçün Azərbaycanın paytaxtı Bakıya gələcək. ?Novosti-Armenia?nın Eçmiədzin kilsəsinin mətbuat xidmətnə istinadən yaydığı məlumata görə, səfər aprelin 26-da başlayacaq.
Məlumata görə, Moskva və Bütün Rusiyanın patriarxı Kirill və Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin dəvəti ilə gerçəkləşəcək səfər bir günlük olacaq. Səfər zamanı Moskva və Bütün Rusiyanın patriarxı, Gürcüstan katalikos-patriarxı, ermənilərin katalikosu və Qafqaz Müsəlmanları İdarəsinin sədrinin iştirakı ilə dörd tərəfli görüşün keçirilməsi planlaşdırılıb.
Qeyd edək ki, II Qaregini səfərdə Eçmiədzin kilsəsinin kilsələrarası münasibətlər üzrə nümayəndəsi, arxiyepiskop Eznik Petrosyan, kilsələrarası münasibətlər dəftərxanasının rəhbəri, dyakon Vaqram Melikyan müşayiət edəcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50