Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mina Məlikovanın verdiyi məlumata görə, mərhum prezident Heydər Əliyevin ad günü münasibəti ilə Gəncədə mayın 6-da konsert proqram təşkil ediləcək. Xalq artisti Teymur Göyçayevin bədii rəhbəri və dirijoru olduğu Azərbaycan Dövlət Kamera Orkestrinin iştirakı ilə keçirilən konsert şəhərin mərkəzi meydanında olacaq. Gəncənin incəsənət ustaları mayın 4-də Qusar ictimayəti üçün konsert proqramı hazırlamağı planlaşdırır. Konsertdə Gəncənin incəsənət usataları ilə yanaşı Röya, Teymur Əmrah və digər ifaçılar çıxış edəcəklər.