Ermənistan prezidenti Serj Sarksyan aprelin 22-də xalqa müraciət edəcək, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı hesabat verəcək. Sarksyan aprelin 21-dəTəhlükəsizlik Şurasının iclasını keçirib, bu məsələni müzakirə edib. Türkiyə- Ermənistan protokolları ilə bağlı qərarın bu gün elan ediləcəyi gözlənilir. Bundan əvvəl Serj Sarksyan demişdi ki, Türkiyə protokollar məsələsini Dağlıq Qarabağ münaqişəsinə bağlamaqda davam etsə, Yerevan protokollardan çıxa bilər.