Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun "Yenikapı” meydanında keçirilən "Demokratiya və Şəhidlər mitinqi”nə xanımı Əminə Ərdoğanla qatılıb.

"Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan mitinqə helikopterlə gəlib.

Mitinqdə ölkənin ictimai, siyasi xadimləri, müxalifət liderləri də iştirak edir.