2009-cu ildə Azərbaycanda 50,9 milyon ton neft hasil edilib
2009-cu ildə Azərbaycanda neft hasilatı (kondensatla birlikdə) ilk dəfə olaraq 50,9 mln. tona çatıb. Bu barədə ARDNŞ-dan məlumat verilib. Məlumatda bildirilir ki, bunun 9,06 mln. tonunu ARDNŞ tərəfindən hasil olunan xam neft təşkil etmişdir. Hasil olunmuş neftin 6,04 mln. tonu emal edilib, 44,3 mln. tonu isə ixraca göndərilib.
İxrac olunmuş neftin 29,9 mln. tonu dünya bazarlarına ARDNŞ tərəfindən, 14,4 mln. tonu isə xarici tərəfdaşlara məxsus şirkətlər tərəfindən çıxarılıb. ARDNŞ 2009-cu ildə İtaliya, ABŞ, İsrail, Fransa, İndoneziya, İspaniya da daxil olmaqla 24 ölkəyə xam neft ixrac etmişdir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19