Yerevanın Xorenatsı küçəsi və Sari Tah rayonunda ixtişaşlar nəticəsində 165 nəfər insan saxlanılıb.

Bu barədə Ermənistan polisi açıqlama verib.

Daha əvvəl Ermənistanın Səhiyyə Nazirliyindən bildiriblər ki, iyulun 29-da Xorenatsı küçəsi və Sari Tah rayonunda ixtişaşlar nəticəsində 60 nəfər insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Trend-in News.am saytına istinadən verdiyi xəbərə görə, Ermənistan polisi müxalifətin nümayişinin dağıdılması zamanı xüsusi vasitələrdən istifadə edib. Xəsarət alanlar arasında jurnalistlər və 17 yaşlı oğlan var. Onun vəziyyətinin ağır olduğu bildirilir.