Türkiyə Silahlı Qüvvələrində (TSK) gözlənilməz istefalar başlayıb.
Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün iki generalı ordudan getdiyini açıqlayıblar:
"Quru Qoşunları Komandanlığının qərargah rəisi, general İhsan Uyarla Quru Qoşunlarının Təlim və Doktrina Komandanlığının komandanı, general Kamil Başoğlu vəzifələrindən istefa veriblər".
Türkiyənin bəzi media qurumları hər iki generalın ordudakı yenidənqrumaya və çevrilişdən sonra kütləvi həbslərin ordunun imicinə ciddi zərbə vurmasını əsas gətirərək, postlarını thvil verdikləri iddiasını irəli sürüblər.