Qarabağ qaziləri Qırğız xalqına müraciət etdi: "Qardaz qırğınına son qoyun!"
Bu gün ?Qarabağ Qaziləri? İctimai Birliyi Qırğızıstanda baş verən
hadisələrlə bağlı qırğız xalqına müraciət ünvanlayıb. Müraciətdə deyilir:
?Əziz qırğız xalqı! Rusiyanın təhriki və dəstəyi ilə Ermənistan Azərbaycan
torpaqlarının bir hissəsini - Dağlıq Qarabağı və ətraf rayonları işğal edib.
Bu işğal nəticəsində minlərlə insan həlak olub, bir milyona yaxın insan öz
dədə-baba torpağından didərgin düşüb. Şəhərlərimiz, kəndlərimiz yandırılaraq
məhv edilib. Biz öz torpaqlarımızı rus-erməni işğalından müdafiə edərkən
sağlamlığımızı itirmişik. Müharibənin nə demək olduğunu yaxşı bilirik. Ona
görə də qardaş qırğız xalqı üçün ağır bir gündə sizlərə müraciət etmək
qərarına gəldik.
Bu il aprelin 6-dan Qırğızıstanda insan ölümü ilə başlayan və hazırda davam
edən hadisələri bütün Azərbaycan xalqı kimi biz də ürək ağrısı ilə
izləyirik. Təəssüflər ki, böyük xalq kütləsinin də iştirak etdiyi bu hərəkat
itkisiz ötüşmür və bu qanlı olaylar indi də davam etməkdədir. Biz qırğız
xalqının azadlıq və demokratiya uğrunda mübarizəsini müdafiə edir və
alqışlayırıq. Amma bu prosesin sonrakı istiqamətdə inkişafı bizi narahat
edir.
Bu səbəbdən də Qarabağ müharibəsinin od-alovundan təsadüf nəticəsində sağ
çıxmış insanlar olaraq sizlərə müraciət edirik: qardaş qırğınını dayandırın.
Rusiyanın və digər düşmən dövlətlərin bir türk dövləti olaraq Qırğızıstana
qarşı başladığı məkrli siyasətinin davam etməsinə yol verməyin. Öldürülən və
yaralananlar kimlərdir? Türklər - qırğızlar, ahıskalılar və azərbaycanlılar.
İmkan verməyin ki, qardaş qardaşa əl qaldırsın. Qardaş müsəlman-türk qanı
axıdılmasına son qoyun! Azad və demokratik Qırğız dövlətinin mənafeləri
naminə birləşin!?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50