4000 artıq vətəndaz ipoteka krediti alıb
Bu ilin fevral ayı ərzində İpoteka Fondunun standartları ilə verilən ipoteka kreditlərinin həcmi 6 mln. manata yaxın olub. Fondun mətbuat xidmətinin məlumatına görə, 2006-cı ilin mart ayından başlayaraq qurumun xətti ilə verilən ipoteka kreditlərinin ümumi həcmi 162 mln. manatı keçib. Nəticədə 4000-dən artıq ailə ipoteka krediti alıb.
O da qeyd olunur ki, 1 iyun 2009-cu il tarixindən (ölkədə ipoteka kreditləşməsinin bərpa olunmasından) 31 dekabr 2009-cu ilədək 1800 nəfərə yaxın vətəndaşa ümumi həcmi 76 mln. manatdan artıq təşkil edən ipoteka krediti verilıb. Bu arada 2009-cu ilin ikinci yarısında verilmiş ipoteka kreditlərinin həcmi 2006-2007-ci illərdə verilmiş ipoteka kreditlərinin həcmindən (75,8 mln.manat) artıq olub. Yalnız 2009-cu ilin dekabr ayı ərzində verilən ipoteka kreditlərinin həcmi 9 mln.manat təşkil edib.
Onu da bildirək ki, 22 aprel 2010-cu il tarixində Bakı Fond Birjasında İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçiriləcək. Hərraca 3 000 000 AZN həcmində istiqraz çıxarılacaq.Xatırladaq ki, İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 30 dekabr 2009-cu il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 75 000 000 AZN təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə gəlirlilik 3,25% dir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19