Türkiyənin "Habertürk” kanalında yayımlanan verilişdə maraqlı anlar yaşanıb.

Mia.az xəbər verir ki, aparıcı Ece Ünerin apardığı "Eninə Boyuna” verilişində Professor Nurşen Mazici canlı yayımda işlətdiyi ifadələrə görə, efirdən çıxarılıb.

"Meydanda ölən, öldürülənlərın canı Ərdoğanın həyatı qədər dəyərli idi"deyən professor daha sonra şəhidlərlə bağlı bəzi xoşagəlməz ifadələr işlədib. Hətta o, çevrilişə cəhdi də AK Partiyası ilə əlaqələndirərək, bəzi ittihamlar da səsləndirib. Professorun bu ifadəsi iştirakçılar və aparıcı tərəfindən sərt qarşılanıb. Hətta ona dəfələrlə "ifadələrinizə düzəliş edin" deyilsə də, professor "siz mənə ağıl öyrədə bilməzsiniz" cavabını verib. 

Aparıcının xəbərdarlığına baxmayaraq, işlətdiyi ifadələrə görə üzr istəməyən professor reklam arasında efirdən uzaqlaşdırılıb.