"Expressbank" ASC-nin səhmdarlarının tərkibində dəyişiklik olub.
Hazırda "Expressbank"ın səhmləri iki hüquqi və iki fiziki şəxsə məxsusdur. Halbuki, indiyə qədər Bankın səhmləri 4 hüquqi şəxs ("Ador" MMC – 42%, "AZENCO Group" – 40%, "EnerqoServis" MMC – 17,69%, "Avtonəqliyyatservis" MMC – 0,31%) arasında bölüşdürülmüşdü.
Bank "Kommersiya sirri" haqqında qanunun 4.1.2-ci maddəsini (təsisçilər (səhmdarlar) və onların payları haqqında məlumatların kommersiya sirri təşkil etməsi) əsas gətirərək səhmdarlarının adlarını açıqlamayıb.
Xatırladaq ki, "Expressbank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 122 443 550 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 328,9 manat olan 372 282 səhm əsasında formalaşıb(Report).
Xatırladaq ki, mətbuatda bu bankın "Azərenerji"nin rəhbəri Etibar pirverdiyevə məxsiusluğu haqda təkzib edilməyən məlumatlar yayılıb.