YAP-çı deputatlar Milli Məclisdə ABŞ əleyhinə çıxızlar etdilər
Bu gün Milli Məclisin növbəti iclası keçirilir. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, iclasda YAP sədrinin müavini, millət vəkili Əli Əhmədov çıxış edədək ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yürütdüyü siyasətə etirazını bildirib: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması missiyasını üzərinə götürən həmsədr ölkələrdən biri kimi ABŞ-ın indiki mövqeyi bu ölkə ilə Azərbaycan arasında münasibətlərin xarakterinə uyğun deyil?.
Ə.Əhmədov deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi, ABŞ Azərbaycanın maraqlarının ziddinə olaraq Ermənistana maliyyə dəstəyi verir. Onun sözlərinə görə, bu, özünü dünyada demokratiyanın carçısı kimi təqdim edən ABŞ-ın missiyasına uyğun gəlmir.
Ə.Əhmədovun fikrincə, Milli Məclis də bununla bağlı ciddi mövqeyini bildirməlidir: "Azərbaycan ictimaiyyəti, xüsusilə də siyasi partiyalar ABŞ-ın bu mövqeyinə etirazlarını açıq şəkildə ortaya qoymalıdır".
Millət vəkili Siyavuş Novruzov isə deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində bəzi dövlətlərin tutduğu qərəzli mövqe tamamilə Azərbaycanın əleyhinə yönəlib.
Onun fikrincə, Azərbaycanın daxilindəki bəzi qüvvələr də bəzi dövlətlərin indiki mövqeyinin dəstəkçisi kimi çıxış edirlər: "Bütün bunları nəzərə alaraq, Azərbaycan dövlətinin maraqlarının ziddinə olan proseslərə kəskin münasibət bildirilməlidir".
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51